16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Benites “Nyukasl”a qayıtmağa hazırdır
Tarix: 25-05-2020 14:21 | Bölmə: İdman
Benites “Nyukasl”a qayıtmağa hazırdır

Çinin “Dalyan İfan” klubunun baş məşqçisi Rafael Benites “Nyukasl”a qayıtmağa hazırdır.

Reyting.az
xarici KİV-ə istinadla bildirir ki, “Nyukasl”ın yeni sahibi 2016-2019-cu illərdə kluba rəhbərlik edən Benitesin xidmətinə maraqlıdır.

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın İnvestisiya Fondu “Nyukasl Yunayted” futbol klubunun alqı-satqısı ilə bağlı sövdələşməni artıq başa vurub. Tərəflər hələ ki sövdələşmə ilə bağlı rəsmi açıqlama verməyiblər. Məlum olan budur ki, Məhəmməd bin Salmanın fondu İngiltərə klubuna 340 milyon funt sterlinq ödəyəcək.

Məhəmməd bin Salman “Nyukasl”ı Avropa futbolunun ən aparıcı klublarından birinə çevirmək niyyətindədir və dünyanın ən yaxşı futbolçularının əldə edilməsi üçün kluba milyardlarla dollar investisiya qoymağa hazırlaşır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}