16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Avroliqa: "Keşlə" və "Sumqayıt"ın oyunlarının başlama vaxti bəlli oldu
Tarix: 11-08-2020 19:54 | Bölmə: İdman
Avroliqa: "Keşlə" və "Sumqayıt"ın oyunlarının başlama vaxti bəlli oldu

UEFA Avropa Liqasının I təsnifat mərhələsində mübarizə aparacaq daha 2 Azərbaycan təmsilçisinin oyunlarının başlama saatı müəyyənləşib.

Reyting.az
xəbər verir ki, "Sumqayıt" - "Şkendiya" (Makedoniya) görüşü saat 20:00-da start götürəcək.

"Keşlə" - "Laçi" (Albaniya) qarşılaşması isə saat 21:00-da başlayacaq.

Qitənin ikinci dərəcəli klub turnirindəki digər Azərbaycan təmsilçisi "Neftçi"nin Makedoniya "Şkupi"si ilə oyununun başlama saatı daha əvvəl açıqlanıb. Matçın startı saat 20:00-da veriləcək.

Hər 3 matç avqustun 27-də oynanılacaq.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}