17:46 / 22-09-2020
Azərbaycana payız gəlib
Əmrə Belözoğlu futbolçu karyerasını bitirib
Tarix: 15-08-2020 16:50 | Bölmə: İdman
Əmrə Belözoğlu futbolçu karyerasını bitirib

Türkiyə millisinin və "Fənərbaxça"nın futbolçusu Əmrə Belözoğlu karyerasını başa vurub.

Bu barədə 40 yaşlı yarımmüdafiəçi özü bildirib.

"Qalatasaray"ın yetirməsi vida məktubu yazaraq yaşıl meydanla vidalaşıb: "Çətin qərar olsa da, həyatın həqiqətlərini başa düşürəm. Hər bir vida yeni başlanğıca vəsilədir. Futbola töhfə verməkdə davam edəcəyəm".

Belözoğlu bundan sonra "Fənərbaxça"nın idman direktoru vəzifəsində çalışacaq.

Qeyd edək ki, karyerasına "Qalatasaray"da başlayan Əmrə Belözoğlu "İnter", "Nyukasl", "Fənərbaxça", "Atletiko" və "Başakşəhər"in formasını geyinib/Apasport




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər
bütün xəbərlər
{sape_links}{sape_article}