Ən yaxşı oyunçu adına namizədlər müəyyənləşib - Siyahı
Tarix: 16-08-2020 10:59 | Bölmə: İdman
Ən yaxşı oyunçu adına namizədlər müəyyənləşib

Çempionlar Liqasında 1/4 final mərhələsinin ən yaxşı oyunçusu adına namizədlər müəyyənləşib.

Reyting.az
xəbər verir ki, bu barədə UEFA məlumat yayıb.

UEFA-nın saytında qeyd edilir ki, namizədlər arasında PSJ-nin hücumçusu Neymar, “Leypsiq”in müdafiəçisi Dayo Upamekano, “Bavariya”nın hücumçusu Tomas Müller və “Lion”nun hücumçusu Mussa Dembele yer alıb. Qalib qurumun saytında azarkeşlər tərəfindən verilən səslər nəticəsində seçiləcək.

Qeyd edək ki, 1/4 finalda, PSJ “Atalanta”ya (2:1), “Leypsiq” “Atletiko”ya (2:1), “Bavariya” “Barselona”ya (8:2), “Lion” isə “Mançester Siti”yə (3:1) qalib gələrək yarımfinal mərhələsinə vəsiqə əldə edib.(Qol.az)

Ən yaxşı oyunçu adına namizədlər müəyyənləşib




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}