Bu gün Avropa Liqasında növbəti finalçı müəyyənləşəcək
Tarix: 17-08-2020 07:47 | Bölmə: İdman
Bu gün Avropa Liqasında növbəti finalçı müəyyənləşəcək

Bu gün UEFA Avropa Liqasında növbəti yarımfinal görüşü keçiriləcək.

Reyting.az
-ın məlumatına görə, Almaniyanın Düsseldorf şəhərindəki eyniadlı arenada İtaliya "İnter"i ilə Ukrayna "Şaxtyor"u qarşılaşacaq. Bakı vaxtı ilə saat 23:00-da başlanacaq oyunu polşalı referi Şimon Martsinyak idarə edəcək.

Qeyd edək ki, bu görüşün qalibi finalda İspaniya "Sevilya"sı ilə üz-üzə gələcək. "Sevilya" yarımfinalda İngiltərə "Mançester Yunayted"ini üstələyib - 2:1. Həlledici qarşılaşma avqustun 21-də Kölndə olacaq.(Report)




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər