Baş məşqçini postundan uzaqlaşdırıblar
Tarix: 17-08-2020 08:46 | Bölmə: İdman
Baş məşqçini postundan uzaqlaşdırıblar

İspaniyanın "Barselona" futbol komandasının baş məşqçi Kike Setyen postundan kənarlaşdırılıb.

Reyting.az
xəbər verir ki, bunu klub prezidenti Xosep Bartomeu COPE radiosuna açıqlamasında bildirib.

Məlumata görə, 61 yaşlı mütəxəssisi İngiltərə "Tottenhem"inin sabiq baş məşqçisi Maurisio Poçettino, hazırda Hollandiya millisinə rəhbərlik edən Ronald Kuman və ya "Barselona"nın keçmiş kapitanı, artıq Qətərin "Əl-Sədd" komandasında çalışan Xavi əvəzləyə bilər.

Setyen Kataloniya komandasına yanvarda Ernesto Balverdenin əvəzinə təyin olunub. Onun rəhbərliyi dövründə İspaniya La Liqasının qalibi ola bilməyən "Barselona" Çempionlar Liqasının 1/4 finalında Almaniya "Bavariya"sına böyük hesabla uduzub - 2:8.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}