"Sileks”in baş məşqçisi: “Möcüzələrə inanmalıyıq”
Tarix: 17-08-2020 12:10 | Bölmə: İdman
"Sileks”in baş məşqçisi: “Möcüzələrə inanmalıyıq”

“Pelister”lə oyundakı məyusedici nəticədən sonra psixoloji cəhətdən özümüzə gəlməyə çalışırıq”.

Bunu “Sileks”in baş məşqçisi Qoran Simov deyib.

Çempionlar Liqasının I təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan Şimali Makedoniya təmsilçisi oyun üçün Bakıya yola düşüb. Baş məşqçisi səfər matçı ilə bağlı yerli mətbuata təəssüratlarını bölüşüb: “Hər şeyi geridə qoyduq və indi yalnız “Qarabağ”la oyuna köklənmişik. Oyunçuları heç nədə günahlandırmıram. İstəyirəm ki, meydanda ən yaxşısını versinlər. Möcüzələrə inanmalıyıq, çünki futbolda da eyni şeylər tez-tez baş verir. Seçmə mərhələ bir matçdan ibarətdir. İntizamlı

Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Sileks” görüşü saat 20:00-da başlayacaq/Apasport.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}