"Neftçi" daha bir qurumla reklam müqaviləsi bağlayıb
Tarix: 18-08-2020 16:21 | Bölmə: İdman
"Neftçi" daha bir qurumla reklam müqaviləsi bağlayıb

"Neftçi” Peşəkar Futbol Klubunu dəstəkləyən şirkətlər arasına daha biri daxil olub.

Reyting.az
xəbər verir ki, komanda ilə "Azəriqaz Layihə İnşaat” QSC arasında qarşılıqlı əməkdaşlığın edilməsi haqqında razılıq əldə edilib.

Tərəflər 2 illik müqaviləyə imza atıb.

Razılaşmaya əsasən, bu müddətdə "Neftçi”nin əsas və əvəzedici komandalarının oyun formalarının arxa hissəsində qarşı tərəfin əmtəə nişanı əks olunacaq. Həmçinin, rəsmi və qeyri-rəsmi ev oyunları zamanı stadion ərazisində yerləşən reklam lövhələrində şirkətin fəaliyyəti ilə bağlı təbliğat materialları yerləşdiriləcək. Kluba məxsus sosial media səhifələrində "Azəriqaz Layihə İnşaat” QSC-nin də loqosunun yer alacağı paylaşımlar ediləcək və digər xidmətlər göstəriləcək.

Müqaviləyə əsasən, "Azəriqaz Layihə İnşaat” QSC "Neftçi”nin tikilməkdə olan "Türk Hava Yolları Futbol Mərkəzi”ndə işlərin davam etdirilməsində kluba dəstək göstərəcək.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}