16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Çempionlar Liqası: "Qarabağ" 4 qolla növbəti mərhələyə keçib
Tarix: 18-08-2020 21:58 | Bölmə: İdman
Çempionlar Liqası: "Qarabağ" 4 qolla növbəti mərhələyə keçib

Bu gün UEFA Çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində "Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunda "Sileks"lə qarşılaşıb.

Reyting.az
xəbər verir ki, oyunun  11-ci dəqiqəsində "Qarabağ"ın futbolçusu Xayme Romero hesabı açıb - 1:0.

40-cı dəqiqədə "Qarabağ"ın futbolçusu Donald Gerye 2-ci topu rəqibin qapısından keçirib - 2:0.

İkinci yarıya da sürətli başlayan "Qarabağ" 51-ci dəqiqədə üstünlüyünü 3 topa çatdırıb. Gerye dubl edib. Oyunda son nöqtəni isə Mahir Emreli qoyub.

80-ci dəqiqədə Filip Ozobiçin ötürməsindən sonra qapıçı ilə təkbətək çıxan hücumçu dəqiq zərbə ilə komandasının böyükhesablı qələbəsini rəsmiləşdirib - 4-0.

Qeyd edək ki, "Qarabağ" II təsnifat mərhələsində "Şerif" (Moldova) - "Fola Eş" (Lüksemburq) cütünün qalibi ilə qarşılaşacaq. Bu raundun görüşləri 25-26 avqustda keçiriləcək. "Sileks" isə mübarizəyə UEFA Avropa Liqasının II təsnifat mərhələsində davam edəcək.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}