Futbol komandamız heyətinə daha bir legioneri cəlb edib - Foto
Tarix: 19-08-2020 12:16 | Bölmə: İdman
Futbol komandamız heyətinə daha bir legioneri cəlb edib

Ölkəmizi ilk dəfə Avropa Liqasında təmsil edəcək “Sumqayıt” komandasının heyətinə daha bir futbolçu cəlb edilib.

Klubun yaydığı məlumata görə, son mövsümü İran yüksək liqası təmsilçisi “Pars Jonoubi Jam” klubunda keçirən Azərbaycan əsilli Adəm Həmati ilə 1+1 illik müqavilə imzalanıb. 25 yaşlı yarımmüdafiəçi yeni komandasında “21” nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Kanadanın “Toronto City” klubunun akademiyasının yetirməsi olan Adəm Həmati peşəkar karyerasına 2014-cü ildə Fransanın “Nitsa” klubunun əvəzedici heyətində başlayıb. Daha sonra isə İranın “Persepolis” klubuna keçən Adəmin son klubu “Pars Jonoubi Jam” komandası olub.

Xatırladaq ki, “Sumqayıt” buna qədər Tellur Mütəllimov, Elvin Məmmədov, Əli Qurbani və Kərəm Sultanovu da transfer edib.

Futbol komandamız heyətinə daha bir legioneri cəlb edib

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}