Çempionlar Liqası: "Qarabağ"ın növbəti rəqibi müəyyənləşib
Tarix: 20-08-2020 00:00 | Bölmə: İdman
Çempionlar Liqası: "Qarabağ"ın növbəti rəqibi müəyyənləşib

"Qarabağ"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində qarşılaşacağı komandanın adına aydınlıq gəlib.

Məlumata görə, I raundda Lüksemburq təmsilçisi "Fola Eş"i 2:0 hesabı ilə məğlub edən Moldova "Şerif"i Azərbaycan çempionuna rəqib olub. Tiraspol klubuna qələbə qazandıran qolları 36-cı dəqiqədə Anatol Abanq, 80-ci dəqiqədə isə Andrey Lukiç vurublar.

Bu komandalar arasında qarşılaşma avqustun 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Saat 20:00-da start götürəcək matçı qazaxıstanlı hakim Furkat Atajanov idarə edəcək. Ona yan xətt hakimləri Sergey Kalaçyov və Darhan Tulegenov köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Qrigori Moskovçenko yerinə yetirəcək. 

"Fola Eş" isə mübarizəni Avropa Liqasının II təsnifat mərhələsində davam etdirəcək.

Qeyd edək ki, "Qarabağ" I təsnifat mərhələsində Makedoniya "Sileks"ini 4:0 ilə hesabı ilə məğlub edib.(Report)




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər