18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
Forlan istefaya göndərilib
Tarix: 01-09-2020 21:14 | Bölmə: İdman
Forlan istefaya göndərilib

Uruqvayın "Penyarol" komandası baş məşqçisi Dieqo Forlanla yollarını ayırıb.

Məlumata görə, paytaxt Montevideonu təmsil edən kollektiv 41 yaşlı mütəxəssisi istefaya göndərib.

Onun əvəzinə komandanın sükanı arxasına Mario Saralegi təyin olunub.

Qeyd edək ki, "Penyarol" Forlanın məşqçilik karyerasında başçılıq etdiyi ilk klubdur. O, futbolçu karyerası ərzində İngiltərədə "Mançester Yunayted", İspaniyada "Vilyarreal" və "Atletiko", İtaliyada isə "İnter" kimi komandaların formasını geyinib.

Uruqvay millisində 112 oyun keçirən veteran hücumçu 36 qol vurub/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}