18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
UEFA Millətlər Liqası: Azərbaycan zəif rəqibinə məğlub oldu
Tarix: 05-09-2020 22:02 | Bölmə: İdman
UEFA Millətlər Liqası: Azərbaycan zəif rəqibinə məğlub oldu

Bu gün UEFA Millətlər Liqasının 2020/2021 mövsümü çərçivəsində  C liqasının I qrupunda yer alan Azərbaycan millisi Bakı Olimpiya Stadionunda Lüksemburq yığçması ilə qarşıaşıb.

Reyting.az
xəbər verir ki, oyun qonaqların xeyrinə başa çatıb - 1:2.

Xatırladaq ki, oyunun 26-cı dəqiqəsində Azərbaycan millisinin hücumçusu Mahir Emreli qırmızı vərəqə alaraq komandasını meydanda azlıqda qoyub. Buna baxmayaraq, milli ilk hissənin sonlarına yaxın hesabı açmağa nail olub. 43-cü dəqiqədə Namiq Ələsgərovun sağ cinahdan ötürməsini Ramil Şeydayev başla qapıdan keçirib. Birinci yarı bu hesabla başa çatıb.

İkinci hissənin əvvəlində qonaqlar tarazlığı bərpa ediblər. 48-ci dəqiqədə Anton Krivotsyuk avtoqol müəllifi olub. 72-ci dəqiqədə isə lüksemburqlular hesabı öz xeyirlərinə dəyişiblər.

Təyin olunan penaltini Gerson Rodriges dəqiq yerinə yetirib.

Qonaqların daha bir zərbəsi isə qapı tirindən dönüb.

Xatırladaq ki, Azərbaycan millisi qrupda növbəti oyununu sentyabrın 8-də səfərdə Kipr seçməsinə qarşı keçirəcək.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}