Mahir Emreli millinin heyətindən kənarlaşdırılıb
Tarix: 06-09-2020 23:30 | Bölmə: İdman
Mahir Emreli millinin heyətindən kənarlaşdırılıb

Azərbaycan millisinin heyətində dəyişiklik edilib.

Məlumata görə, Millətlər Liqasının qrup mərhələsində sentyabrın 5-də keçirilmiş Azərbaycan - Lüksemburq oyununda qırmızı vərəqə alan Mahir Emreli heyətdən çıxarılıb.

O, millimizin sentyabrın 8-də Kipr yığması ilə keçiriləcək səfər oyununa yollanan heyətdən kənarlaşdırılıb.

Qeyd edək ki, yığmamız Lüksemburqa 1:2 hesabı ilə uduzub/Apasport.




Bölməyə aid digər xəbərlər
23-03-2025, 00:24 Azərbaycan millisi uduzub