Türkiyə-Rusiya qarşılaşması heç-heçə yekunlaşıb
Tarix: 12-10-2020 08:32 | Bölmə: İdman
Türkiyə-Rusiya qarşılaşması heç-heçə yekunlaşıb

Dünən Millətlər Liqasında növbəti oyunlar keçirilib.

Reyting.az
xəbər verir ki, III tur çərçivəsində 20 matç baş tutub.

A və C liqalarının hərəsində üç, B liqasında isə 4 qrupun qarşılaşmalarından sonra I dövrəyə yekun vurulub.

Turun görüşü A liqasında təşkil olunub. Millətlər Liqasının ilk qalibi və Avropa çempionu Portuqaliya dünya çempionu Fransa ilə görüşüb. Parisdəki oyunda qolsuz bərabərlik qeydə alınıb.

Qonşu Türkiyə millisi yer aldığı qrupun lideri Rusiyanın qonağı olub. Komandalar hərəyə 1 xalı 1 qolla qazanıb. Bununla xallarının sayını 2-yə çatdıran Türkiyə qrupda 3-cü yerdə qərarlaşıb.

Qeyd edək ki, IV turun matçları oktyabrın 13-14-də keçiriləcək.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}