16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
“Qalatasaray” FİFA-ya şikayət edib
Tarix: 13-10-2020 13:24 | Bölmə: İdman
“Qalatasaray” FİFA-ya şikayət edib

Türkiyənin “Qalatasaray” klubu FİFA-ya şikayət məktubu ünvanlayıb.

Məlumata görə, İstanbul təmsilçisi Səudiyyə Ərəbistanı klubu “Əl-Hilal”ın hücumçu Batefimbi Qomisin transferinə görə son ödənişi etmədiyini bildirib.

“Cim-bom” fransalı forvardı 2018-ci ildə ərəblərə 6 milyon avroya satıb. Son ödəniş vaxtında olmadığı üçün türklər FİFA-ya şikayət ediblər. Həmçinin maaşını ala bilməyən Qomis özü də ali futbol qurumuna müraciət etməyə hazırlaşır.

Qeyd edək ki, Batefimbi Qomis 2017/18 mövsümündə “Qalatasaray”da çıxış edib/Apasport.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}