Millimizin futbolçusu növbəti matçı buraxacaq
Tarix: 13-10-2020 20:19 | Bölmə: İdman
Millimizin futbolçusu növbəti matçı buraxacaq

UEFA Millətlər Liqasının IV turunda Kiprlə matçın 5-ci dəqiqəsində sarı vərəqə alan Anton Krivotsyuk cəzalı duruma düşüb.

Turnirdə ikinci dəfə sarı vərəqə görən 22 yaşlı müdafiəçi V turda Monteneqro ilə ev matçını buraxmalı olacaq.

Qeyd edək ki, Azərbaycan - Kipr matçında ilk hissə oynanılır və hesab açılmayıb. Azərbaycan - Monteneqro görüşü noyabrın 14-də gerçəkləşəcək/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}