09:13 / 07-09-2025
Bu gün əlavə imtahandır
15:09 / 05-09-2025
Kabab qonaqlığı - Hekayə
Azərbaycan yığması Kiprlə bu dəfə sülhə razılaşıb
Tarix: 13-10-2020 21:54 | Bölmə: İdman
Azərbaycan yığması Kiprlə bu dəfə sülhə razılaşıb

Bu gün UEFA Millətlər Liqasının IV turunda Azərbaycan yığması Kiprlə qarşılaşıb.

Reyting.az xəbər verir ki, 27-ci dəqiqədə Azərbaycan millisinin kapitanı Qara Qarayev penaltini yerinə yetirə bilməyib.

Beləliklə, oyun bərabərliklə bitib - 0:0.

Komandamız bununla da qrupda 4-cü xalını qazanıb və 3-cü pillədə qərarlaşıb.

Qrupun lideri isə 3 oyuna 9 xal toplayan  Monteneqro yığmasıdır.

Qeyd edək ki, Canni De Byazinin baş məşqçisi olduğu komanda ilk turda Bakıda Lüksemburq seçməsinə 1:2 hesabı ilə uduzub, daha sonra Nikosiyada Kipri 1:0 hesabı ilə məğlub edib. Yığmamız üçüncü turda Monteneqroya məğlub olub - 0:2.




Bölməyə aid digər xəbərlər
4-09-2025, 00:18 Millimiz qalib gəlib