13:59 / 27-11-2024
Gömrük tarifləri dəyişib
Millimizin futbolçusu həbs təhlükəsi ilə üzləşib - Məhkəmə
Tarix: 14-10-2020 15:31 | Bölmə: İdman
Millimizin futbolçusu həbs təhlükəsi ilə üzləşib

Azərbaycan millisinin və İspaniyanın “Albasete” klubunun futbolçusu Eddi İsrafilov məhkəmə qarşısına çıxıb.

Reyting.az
xəbər verir ki, “Marca” nəşrinin məlumatına görə, 28 yaşlı yarımmüdafiəçi 2016-cı ildə “Eybar”ın heyətində yer alanda komanda yoldaşı olan Serxio Enriç və Antonio Lunanın bir xanımla cinsi əlaqə videosunu yaymaqda ittiham olunduğu üçün ifadə verir.

San-Sebastyandakı 3 saylı Cinayət Məhkəməsi hazırda davam edir və adıçəkilən şəxslər dindirilir. Videogörüntünün kütləvi yayımında təqsirləndirilən İsrafilovun günahı sübuta yetirilərsə, 1 ildən 3 ilədək azadlıqdan məhrum oluna bilər.

Qeyd edək ki, Eddi İsrafilov 2015-ci ildən Azərbaycan millisinin formasını geyinir.(Apasport)




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər