"Arsenal"ın futbolçusu Qarabağdakı münaqişə ilə bağlı açıqlama verib
Tarix: 14-10-2020 19:35 | Bölmə: İdman
"Arsenal"ın futbolçusu Qarabağdakı münaqişə ilə bağlı açıqlama verib

London “Arsenal”ının futbolçusu Məsut Özil Dağlıq Qarabağdakı Azərbaycanla Ermənistan arasındakı münaqişə ilə bağlı açıqlama verib.

Reyting.az
“Twitter”-ə istinadla xəbər verir ki, Özil sosial şəbəkədəki səhifəsində yazıb:

"Dünyadakı hər kəsin Dağlıq Qarabağın hələ də qanunsuz olaraq işğal altında olmasına baxmayaraq, beynəlxalq və qanuni olaraq Azərbaycanın bir hissəsi olduğunu tanıması mənim üçün vacibdir".

Futbolçu barışıq axtarmağa və qəddarlığa yer olmayacağı dürüst bir gələcəyə can atmağa çağırıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}