13:59 / 27-11-2024
Gömrük tarifləri dəyişib
“Qarabağ“ın rəqibində koronovirusa kütləvi yoluxma qeydə alınıb
Tarix: 15-10-2020 10:18 | Bölmə: İdman
“Qarabağ“ın rəqibində koronovirusa kütləvi yoluxma qeydə alınıb

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan İsrailin "Makkabi" komandasında (Təl-Əviv) son bir neçə həftə ərzində koronavirusa kütləvi yoluxma halı baş verib.

Reyting.az
xəbər verir ki, indiyədək paytaxt təmsilçisinin 12 futbolçusunda infeksiya aşkarlanıb.

Analiz nəticələri müsbət çıxmış futbolçuların əksəriyyəti sağalaraq sıraya qayıdıb. Son olaraq, Ofir Davidzada və Den Bitton komanda ilə birlikdə məşqlərə başlayıb. Lakin onların I qrupun ilk turunda "Qarabağ"la oyununda iştirakı sual altındadır.

Qeyd edək ki, oktyabrın 22-də keçiriləcək "Makkabi"-"Qarabağ" oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.(Yeni Sabah)




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər