Rəqib oyunçunu vuran Messinin cəzası bəlli olub
Tarix: 19-01-2021 18:09 | Bölmə: İdman
Rəqib oyunçunu vuran Messinin cəzası bəlli olub

İspaniyanın "Barselona" klubunun ulduz futbolçusu Lionel Messinin cəzası bəlli olub.

AS nəşri xəbər verir ki, 34 yaşlı hücumçu 2 oyunluq diskvalifikasiya edilib.

Qeyd edək ki, Lionel Messi ölkə superkubokunun finalında "Atletik"in oyunçusu Asyer Vilyalibreni vurub. Qarşılaşmanın bitməsinə bir dəqiqə qalmış Messi qırmızı vərəqə alaraq meydandan qovulub. Ulduz futbolçu klub karyerasında ilk dəfə qırmızı vərəqə ilə cəzalandırılıb. Atletik" final matçının əlavə vaxtında "Barselona"ya 3:2 hesabı ilə qalib gəlib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}