21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
"Barselona"nın sabiq prezidenti azadlığa buraxılıb
Tarix: 02-03-2021 16:08 | Bölmə: İdman
"Barselona"nın sabiq prezidenti azadlığa buraxılıb

Martın 2-də həbs olunan İspaniyanın "Barselona" klubunun sabiq prezidenti Xosep Bartomeu məhkəmənin qərarı ilə müvəqqəti olaraq azadlığa buraxılıb.

"Marca"nın məlumatına, funksioner yaxın günlərdə istintaq materialları ilə tanış olacaq və yenidən şübhəli qismində ifadə verəcək.

Qeyd edək ki, Bartomeu dünən səhər saatlarında saxlanılıb. O, vəzifə səlahiyyətlərindən sui-istifadə və korrupsiyada ittiham edilir. Onunla birlikdə Kataloniya təmsilçisinin baş direktoru Oskar Qrau, hüquqi xidmətlər üzrə direktor Roman Qomez Ponti, keçmiş direktor Xaume Masferrer də həbs edilmişdi.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər