Tokio-2020: Braziliyalı futbolçu tarixə düşüb
Tarix: 21-07-2021 14:57 | Bölmə: İdman
Tokio-2020: Braziliyalı futbolçu tarixə düşüb

Qadınlardan ibarət Braziliya millisinin futbolçusu Marta da Silva Tokio-2020 Yay Olimpiya Oyunlarında yeni uğura imza atıb.

Nəlumata görə, 35 yaşlı hücumçu buna F qrupunda Çini 5:0 hesabı ilə məğlub etdikləri matçda nail olub.

9 və 74-cü dəqiqələrdə fərqlənən forvard ardıcıl 5 olimpiadada qol vuran ilk futbolçu kimi tarixə düşüb.

Qeyd edək ki, Marta da Silva 2004, 2008, 2012 və 2016-cı illərdəki yarışlarda da rəqib qapılarına yol tapıb.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər