18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Azərbaycanlı hücumçunun komandası məğlub olub
Tarix: 24-10-2021 08:49 | Bölmə: İdman
Azərbaycanlı hücumçunun komandası məğlub olub

Futbol üzrə Rusiya Milli Futbol Liqasında (Premyer Liqadan sonrakı ən güclü liqa) 19-cu turun oyunları keçirilib. Reyting.az xəbər verir ki, azərbaycanlı hücumçu Kamran Əliyevin komandası “SKA-Xabarovsk”da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Orenburq”la qarşılaşıb. Azərbaycanlı futbolçunun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2.

Kamran Əliyev də bu görüşün iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və 55-ci dəqiqədə əvəzlənib. 53-cü dəqiqədə isə hücumçu sarı vərəqə ilə cəzalanıb.

Xabarovsk təmsilçisi Kamranı “Ximki”dən bu mövsümün sonuna kimi icarəyə götürüb. “SKA-Xabarovsk”da vaxtilə Azərbaycanın aşağı yaş qrupları üzrə yığmalarında oynamış David Qarayev də forma geyinir. Yekaterinburq “Ural”ından icarəyə götürülmüş futbolçu bu görüşdə də oynayıb. O, 68-ci dəqiqədə meydana buraxılıb.

“SKA-Xabarovsk” 19 turdan sonra 31 xalla 20 kollektiv arasında 6-cı pillədə qərarlaşıb.(Matc.az)




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər