10:58 / 11-09-2025
İsrailə raket hücumu olub
NATO Ukrayna səmasında rus təyyarələrini vurmalıdır - Diplomat
Tarix: 11-09-2025 12:27 | Bölmə: Dünya
NATO Ukrayna səmasında rus təyyarələrini vurmalıdır

“Rusiya prezidenti Vladimir Putin Polşanın hava məkanını pozmaqla həm ölkənin özündə, həm də Polşa ilə Ukrayna arasında nifaq salmağa çalışırdı. Bununla belə, insident “görünməmiş” birliyə səbəb oldu”.

Reyting.az
xəbər verir ki, bu sözləri daha əvvəl Moskvada NATO İnformasiya Ofisinə rəhbərlik etmiş keçmiş polşalı diplomat Robert Pşel deyib.

Onun fikrincə, Putin bu hadisə ilə NATO-nun imkanlarını sınaqdan keçirir: “O, səhv hesablayıb. Bu o deməkdirmi ki, dayanacaq? Xeyr, məncə, o, yenidən cəhd edəcək, çünki o, ən azı 10 ildir ki, NATO ölkələrinə qarşı hibrid müharibə aparır”.

R. Pşel əlavə edib ki, indi məsələ birlik və fəaliyyət arasındakı fərqdir.

Onun sözlərinə görə, NATO qısa və orta müddətli perspektivdə Şərq cinahındakı dron problemini həllini tezləşdirməlidir.

R. Pşel həmçinin hesab edir ki, hərbi alyans NATO-nun müharibəyə getmədən Ukraynanın hava məkanında birbaşa hədəfləri vurması təklifinə yenidən baxmalıdır.

ELÇİN




Bölməyə aid digər xəbərlər