10:58 / 11-09-2025
İsrailə raket hücumu olub
İsrailə raket hücumu olub
Tarix: 11-09-2025 10:58 | Bölmə: Dünya
İsrailə raket hücumu olub

Yəməndən İsrailə raket hücumu həyata keçirilib.

Reyting.az
xəbər verir ki, İsrailin müxtəlif bölgələrində hava hücumu barədə xəbərdarlıq sirenləri işə salınıb.

Daha sonra İsrail Hərbi Hava Qüvvələri Yəməndən atılan raketi zərərsizləşdirdiyini elan edib.

Hücumla bağlı əlavə təfərrüatlar açıqlanmayıb. İsraillə müharibə vəziyyətində olan Yəməndəki husilər də hələlik açıqlama verməyib.

Qeyd edək ki, İsrail ordusu ötən gecə Yəmənin paytaxtı Səna və Cəvf şəhərinə hava hücumu təşkil edib, nəticədə 35 nəfər ölüb, 131 nəfər yaralanıb.

Ordu, hərbi düşərgə, Hərbi İctimai Əlaqələr Mərkəzi və yanacaq anbarı da daxil olmaqla, Səna və Cəvf bölgələrində husilərin hədəflərinin hücuma məruz qaldığını iddia edən bəyanat yayıb.

Yəməndə İranın dəstəklədiyi husilər İsrailin Qəzza zolağında davam edən hücumlarına cavab olaraq İsrailə raket və pilotsuz təyyarələrlə hücumlar təşkil edir və İsrailə aid gəmiləri hədəfə alırlar.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər