20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Azərbaycan cüdoçusu Avropa çempionatında finala vəsiqə qazanıb
Tarix: 24-06-2022 17:47 | Bölmə: İdman
Azərbaycan cüdoçusu Avropa çempionatında finala vəsiqə qazanıb

Azərbaycanın daha 6 yeniyetmə cüdoçusu Xorvatiyanın Poreç şəhərində keçirilən Avropa çempionatında mübarizəyə başlayıb.

Məlumata görə, ikinci yarış günündə kişilərdən 66 kq-da Nicat Nağıyev və Əbil Yusubov, 73 kq-da Əli Hacızadə və Süleyman Əliyev, qadınlardan isə 52 kq-da Vüsalə Hacıyeva və 57 kq-da Fidan Əlizadə tatamiyə çıxıb.

Onlardan yalnız Əlizadə finaladək irəliləyə bilib. Yarımfinalda avstriyalı Anna Quliteyə qalib gələn cüdoçu həlledici qarşılaşmada macarıstanlı İnes Boqnarla üz-üzə gələcək.

Nağıyev, Yusubov və Hacızadə isə bürünc medal görüşünə çıxacaqlar. Onlar müvafiq olaraq, fransalı Aleksis Renar, Federiko Bosis və Yaniv Aqranovu sınağa çəkəcəklər.

Süleyman Əliyev və Vüsalə Hacıyeva isə yarışı medalsız başa vurublar/Report.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər