Avarçəkmə üzrə Mingəçevir Reqatası başa çatıb
Tarix: 23-10-2022 14:19 | Bölmə: İdman
Avarçəkmə üzrə Mingəçevir Reqatası başa çatıb

Avarçəkmə üzrə "Mingəçevir Reqatası"na yekun vurulub.

Məlumata görə, yarışın son 2 mərhələsi "Kür” Olimpiya Tədris-İdman Mərkəzində baş tutub.

Sonuncu gündə kayak, kanoe və avarçəkmə üzrə daha 8 qalib müəyyənləşib. Azərbaycan təmsilçiləri yarışı 26 medalla ikinci pillədə başa vurublar. Bunların 5-i qızıl, 10-u gümüş, 11-i isə bürünc medal olub.

Reqata başa çatdıqdan sonra ölkələrin nümunəvi paradı gerçəkləşib. Daha sonra isə qaliblər mükafatlandırılıb. Mükafatları gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) prezidenti Vüqar Əhmədov, Milli Məclisin birinci vitse-spikeri Əli Hüseynli, deputata Elman Nəsirov və digər rəsmi şəxslər təqdim ediblər.

Qeyd edək ki, beynəlxalq reqatanın açılış mərasimi və birinci mərhələsi Suqovuşanda təşkil olunub.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}