UEFA "Qarabağ"dan reportaj hazırlayıb - Video
Tarix: 24-10-2022 16:01 | Bölmə: İdman
UEFA "Qarabağ"dan reportaj hazırlayıb

UEFA Avropa Liqasında çıxış edən "Qarabağ"la bağlı reportaj hazırlayıb.

Reyting.az
klubun rəsmi saytına istinadən xəbər verir ki, təqribən 8 dəqiqəlik video-çarxda "köhlən atlar"ın ardıcıl 9-cu dəfə avrokubokların qrup mərhələsində çıxışından, həmçinin 2017/2018-ci ildə Çempionlar Liqasının qrupunda oynayan ilk Azərbaycan təmsilçisi kimi tarixə düşməsindən söz açılıb.

UEFA-nın həftəlik jurnalında baş məşqçi Qurban Qurbanov, futbolçular - Maksim Medvedev və Riçard Almeydanın müsahibələri də yer alıb.

Qeyd edək ki, G qrupunda çıxış edən "Qarabağ" növbəti oyununu V turda Fransada "Nant"a qarşı keçirəcək. Hazırda 7 xalı olan Ağdam təmsilçisinə pley-offa çıxmaq üçün 1 xal da kifayət edəcək.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}