"Sumqayıt" qanalı hücumçu ilə anlaşıb
Tarix: 27-10-2022 13:31 | Bölmə: İdman
"Sumqayıt" qanalı hücumçu ilə anlaşıb

Sumqayıt” klubu daha bir futbolçu ilə anlaşıb.

Klubdan Reyting.az-a verilən məlumata görə, komanda son olaraq Banqladeşin “Şeyx Rassel” klubunda çıxış etmiş 28 yaşlı hücumçu Riçard Qadze ilə 2023/24 mövsümünün sonuna qədər müqavilə imzalayıb.

Qeyd edək ki, Azərbaycanda daha öncə “Zirə”də (2017-2018; 2019-2020) çıxış etmiş Riçard Qadze karyerası ərzində Hindistanın “Delhi Dinamo”, Finlandiyanın “HİK” (Helsinki), Rumıniyanın “Voluntari”, Moldovanın “Şerif” və İsrailin “Bney Saxnin” klublarının şərəfini qoruyub.




Bölməyə aid digər xəbərlər
23-03-2025, 00:24 Azərbaycan millisi uduzub