20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Çempionlar Liqası: bu gün 1/8 finalın daha 2 iştirakçısı müəyyənləşəcək
Tarix: 01-11-2022 09:48 | Bölmə: İdman
Çempionlar Liqası: bu gün 1/8 finalın daha 2 iştirakçısı müəyyənləşəcək

Bu gün Çempionlar Liqasında qrup mərhələsinin sonuncu - 6-cı turu start götürəcək.

Reyting.az
xəbər verir ki, ilk oyun günündə A, B, C və D qruplarında 8 oyun keçiriləcək. Bundan sonra 1/8 finalın daha 2 iştirakçısı müəyyənləşəcək.

A qrupunda "Liverpul" (İngiltərə) "Napoli"i ilə (İtaliya) evdə üz-üzə gələcək. Hər iki komanda pley-offa vəsiqəni təmin edib. Qarşılaşma qrup liderliyini müəyyənləşdirmək baxımından önəm daşıyır. Qrupun digər görüşündə isə "Ayaks" (Niderland) səfərdə "Reyncers"in (Şotlandiya) qonağı olacaq. Amsterdam təmsilçisi 4 top fərqi ilə uduzsa belə, Avropa Liqasının pley-offuna vəsiqə qazanacaq.

B qrupunda pley-offa vəsiqəni təmin edən "Brügge" (Belçika) səfərdə "Bayer"lə (Almaniya), "Portu" (Portuqaliya) isə evdə "Atletiko" (Madrid, İsaniya) ilə qarşılaşacaq. "Brügge" və "Portu" qrup liderliyi, "Bayer" və "Atletiko" isə 3-cü yer uğrunda mübarizə aparacaq.

C qrupunda maksimum nəticə göstərən "Bavariya" (Almaniya) "İnter"lə (İtaliya) üz-üzə gələcək. "Viktoriya" (Plzen, Çexiya) isə "Barselona"nı (İspaniya) qəbul edəcək. Bu oyular formal xarakter daşıyacaq.

D qrupunda isə 4 komandanın hər birinin pley-offa adlamaq şası var. "Sportinq" (Portuqaiya) və "Ayntraxt" (Frankfurt, Almaniya), "Marsel" (Fransa) və "Tottenhem" (İngiltərə) arasında keçiriləcək oyunlarda qələbə qazanan kollektivlər 1/8 finala yüksələcəklər. Hər iki görüşdə heç-heçə qeydə alınarsa, "Tottenhem" və "Sportinq" qrupdan çıxacaq. "Ayntraxt" isə yoluna Avropa Liqasında davam edəcək.

Qeyd edək ki, "Napoli", "Liverpul", "Brügge", "Portu", "Bavariya" və "İnter"lə yanaşı, Almaniyanın "Borussiya" (Dortmund), İspaniyanın "Real Madrid", Fransanın PSJ, Portuqaliyanın "Benfika", İngiltərənin "Mançester Siti" və "Çelsi" komandaları da pley-offa vəsiqəni təmin ediblər.

Çempionlar Liqası, qrup mərhələsi, 6-cıtur

1 noyabr


A qrupu

00:00. "Liverpul" (İngiltərə) - "Napoli" (İtaliya)

00:00: "Reyncers" (Şotlandiya) - "Ayaks" (Niderland)

Xallar: "Napoli" - 15 . "Liverpul" - 12. "Ayaks" - 3. "Reyncers" - 0.

B qrupu


21:45. "Portu" (Portuqaliya) - "Atletiko" (Madrid, İspaniya)

21:45. "Bayer" (Almaniya) - "Brügge" (Belçika)

Xallar: "Brügge" - 10. "Portu" - 9. "Atletiko" - 5. "Bayer" - 4.

C qrupu

00:00. "Bavariya" (Almaniya) - "İnter" (İtaliya)

00:00. "Viktoriya" (Plzen, Çexiya) - "Barselona" (İspaniya)

Xallar: "Bavariya" - 15. "İnter" - 10. "Barselona" - 4. "Viktoriya" - 0.

D qrupu

00:00. "Sportinq" (Portuqaliya) - "Ayntraxt" (Frankurt, Almaniya)

00:00. "Marsel" (Fransa) - "Tottenhem" (İngiltərə)

Xallar: "Tottenhem" - 8. "Sportinq" - 7. "Ayntraxt" - 7. "Marsel" - 6.(Qol.az)




Bölməyə aid digər xəbərlər
Dünən, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər