18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
Çempionlar Liqası: "Real Madrid" və "Leyptsiq" növbəti mərhələyə yüksəlib
Tarix: 02-11-2022 23:51 | Bölmə: İdman
Çempionlar Liqası: "Real Madrid" və "Leyptsiq" növbəti mərhələyə yüksəlib

Bu gün Çempionlar Liqasının  qrup mərhələsində son iki oyunu da baş tutub.

Reyting.az
xəbər verir ki, F qrupunda "Real Madrid" İspaniyada Şotlandiya "Seltik"ini darmadağın edib - 5:1.

"Leyptsiq" isə Polşada Ukraynanın "Şaxtyor" (Donetsk) komandasını böyük hesabla məğlub edib - 4:0

Bununla da hər iki qalib komanda 1/8 finala yüksəlib.

"Şaxtyor" isə bundan sonra Avropa Liqasının pley-offunda oynayacaq. "Seltik" isə avrokuboklarla vidalaşıb.

Qeyd edək ki, daha əvvəl İtaliyanın "Napoli" və "İnter", İngiltərənin "Liverpul", "Mançester Siti", "Çelsi" və "Tottenhem", Almaniyanın "Bavariya", "Borussiya" (Dortmund) və "Ayntraxt" (Frankfurt), İspaniyanın "Real Madrid", Fransanın PSJ, Belçikanın "Brügge", Portuqaliyanın "Benfika" və "Portu" komandaları pley-offa vəsiqə qazanıblar.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}