18:00 / 06-05-2024
DSMF-də yoxlama başlayıb
Messi: “Qvardiola futbola çox ziyan vurdu”
Tarix: 13-11-2022 10:12 | Bölmə: İdman
Messi: “Qvardiola futbola çox ziyan vurdu”
Lionel Messi

PSJ-nin hücumçusu Lionel Messi "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola haqqında danışıb.

"Mundo Deportivo" xəbər verir ki, Lionel Messi əvvəlki klubu "Barselona"da Pep Qvardiolanın baş məşqçi olduğu dönəmləri xatırlayaq deyib:

“Qvardiola futbola çox ziyan vurdu. Çünki oynadığımız futbol o qədər sadə görünürdü ki, hamı onu təkrarlamaq istəyirdi. Bundan sonra Qvardiolanın çoxlu fikrini gördüm. Şübhəsiz ki, onun matçlara baxmasında, oyunlara hazırlaşmasında və fikirlərini başqalarına çatdırmasında özünəməxsus bir xüsusiyyəti var. Pep indiyə qədər işlədiyim ən yaxşı məşqçidir".

Xatırladaq ki, Messi və Qvardiola 2008-2012-ci illərdə "Barselona"da çalışıblar. Həmin müddətdə mütəxəssis daha çox qısa ötürmələrin yer aldığı tiki-taka oyun taktikasından istifadə edirdi.(Qol.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}