Fransanın nəhəng şirkəti Azərbaycanla əməkdaşlığa çalışır
Tarix: 31-08-2023 12:59 | Bölmə: İqtisadiyyat
Fransanın nəhəng şirkəti Azərbaycanla əməkdaşlığa çalışır
İlham Şaban

“Bu gün Azərbaycan prezidenti İlham Əliyev “Total Energies” şirkətinin baş icraçı direktoru Patrik Puyanneni qəbul edib. Qeyd edim ki, 2023-cü ildə Fransa enerji nəhənginin top-menecerləri üç dəfə Azərbaycan rəhbərliyi ilə görüşüblər”.

Reyting.az
xəbər verir ki, bunu iqtisadçı İlham Şaban deyib.

İ. Şabanın fikrincə, bu dəfə Bakıya Fransa enerji şirkətinin P. Puyanne səviyyəsində gəlişi istər “Abşeron” layihəsinin gələcəyi, istərsə də “Total Energies”in Azərbaycandakı gələcək fəaliyyəti ilə bağlı razılaşmalardan xəbər verir.

İ. Şaban “Total Energies” rəhbərinin Bakıya gəlişindən aşağıdakı nəticələr çıxarmağın mümkün olduğuna işarə edib:

“Birincisi, tərəflər “Abşeron” qaz yatağının işlənməsinin növbəti mərhələsinə dair məsələdə qarşılıqlı anlaşma əldə ediblər (məsələnin hüquqi çərçivədə həlli artıq qısa müddətdə baş verə bilər - məsələn, Neftçilər günü ərəfəsində).

İkincisi, Fransa şirkətinin Azərbaycanın “yaşıl enerji” sektoruna sərmayə qoyması prinsipcə həll edilib.

Üçüncüsü, rəsmi Bakı “Total Energies” ilə yeni qaz layihələri (məsələn, Babək layihəsi) üzrə gələcək əməkdaşlıq üçün “yaşıl işığın” yandırılmasında maraqlı olduğunu ortaya qoyur”.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}