Putinin Türkiyədəki layihəsi iflasa uğrayır?
Tarix: 15-09-2023 13:49 | Bölmə: İqtisadiyyat
Putinin Türkiyədəki layihəsi iflasa uğrayır?

Rusiya prezidenti Vladimir Putinin Türkiyədə “Qazprom”un qapılarını yenidən Avropa və dünya bazarlarına açacaq qaz qovşağı yaratmaqla bağlı layihəsi iflasa uğramaq ərəfəsindədir. Putinin bu təşəbbüsündən təxminən bir il ötməsinə baxmayaraq, Rusiya-Türkiyə danışıqları sanki dalana dirənib və ciddi fikir ayrılıqları yaranıb.

Reyting.az
xəbər verir ki, belə iddia ilə “Röyter” agentliyi çıxış edib.

Nəşrin iddiasına görə, mübahisələrin predmeti idarəetmə ilə bağlıdır. “Onlar mərkəzi kimin idarə etməli olması üzərində mübarizə aparırlar”,- deyə məlumatlı mənbə agentliyə bildirib.

“Qazprom”a yaxın olan başqa bir mənbə isə problemi təsdiqləyərək deyib:

“Tərəflər layihənin idarə olunması ilə bağlı razılığa gələ bilmirlər”.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}