Şahin Mustafayev Çin səfiri ilə görüşüb
Tarix: 15-11-2023 13:08 | Bölmə: İqtisadiyyat
Şahin Mustafayev Çin səfiri ilə görüşüb

Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev noyabrın 14-də Çin Xalq Respublikasının ölkəmizdəki səfiri xanım Qo Min ilə görüşüb.

Reyting.az
xəbər verir ki, görüşdə Azərbaycan-Çin dostluq və əməkdaşlıq əlaqələrinin siyasi, ticarət-iqtisadi, qarşılıqlı investisiyalar, nəqliyyat-logistika, energetika, kənd təsərrüfatı, humanitar və bütün digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib, dövlətlərarası münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığı bildirilib.

2023-cü ilin 4-6 noyabr tarixlərində Baş nazirin müavini Ş.Mustafayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyətinin Çinin Şanxay şəhərinə səfərinin nəticələri yüksək qiymətləndirilib.

Səfər çərçivəsində keçirilmiş Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının 9-cu iclasının nəticələrinə dair imzalanmış Protokolun ticarət-iqtisadi sahədə münasibətlərin inkişafına töhfə verəcəyinə əminlik ifadə olunub.

Eyni zamanda ölkəmizin Şanxay şəhərində keçirilmiş 6-cı Çin Beynəlxalq İdxal Sərgisində iştirakının əhəmiyyəti vurğulanıb.

Söhbət zamanı Azərbaycanla Çin arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.




Bölməyə aid digər xəbərlər
19-04-2024, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}