20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Deputat ezamiyyə xərclərinin azlığından şikayətləndi, nazir cavab verdi
Tarix: 07-11-2018 13:00 | Bölmə: İqtisadiyyat
Deputat ezamiyyə xərclərinin azlığından şikayətləndi, nazir cavab verdi

Maliyyə naziri Samir Şərifov Milli Məclisin ezamiyyə xərcləri ilə bağlı məsələyə baxıldığını bəyan edib.

Reyting.az-ın məlumatına görə, nazir parlamentin komitələrinin birgə iclasında bildirib ki, ölkə daxilində ezamiyyə xərcləri artırılıb.

“Xaricə ezamiyyə xərcləri ilə bağlı normalara vaxtaşırı baxılır. Biz buna növbəti il də baxılmasını planlaşdırmışıq. Amma bildiyim qədər söhbət normalardan deyil, Milli Məclisə ayrılan ezamiyyə vəsaitlərindən gedir. Maliyyə Nazirliyinə Milli Məclisin İşlər idarəsindən müvafiq dəqiqləşmələrlə bağlı məlumat daxil olub. Biz onları nəzərdən keçiririk”.

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı bu gün keçirilən iclasda Milli Məclisə ayrılan ezamiyyə xərclərinin az olmasından şikayətlənib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər