Mikayıl Cabbarov Moldovanın baş nazirinin müavini iə müzakirə aparıb
Tarix: 18-01-2024 16:18 | Bölmə: İqtisadiyyat
Mikayıl Cabbarov Moldovanın baş nazirinin müavini iə müzakirə aparıb

Azərbaycanın Moldova ilə iqtisadi əməkdaşlığının gücləndirilməsinin prioritet istiqamətlərinə energetika, ticarət və investisiyaların təşviqi daxildir

Reyting.az
xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir qeyd edib ki, Davos İqtisadi Forumu çərçivəsində Moldovanın baş nazirinin müavini, iqtisadi inkişaf və rəqəmsallaşma naziri Dumitru Alaiba ilə müzakirələr aparılıb: “Keçirdiyimiz görüşdə birgə təşəbbüslərin artırılması və ölkələrimizin biznes dairələri arasında tərəfdaşlığın təşviqi imkanlarını dəyərləndirdik”.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər