ABŞ Rusiyanın müsadirə olunmuş aktivlərini Ukraynaya kömək üçün başqa ölkəyə ötürüb
Tarix: 17-02-2024 20:14 | Bölmə: İqtisadiyyat
ABŞ Rusiyanın müsadirə olunmuş aktivlərini Ukraynaya kömək üçün başqa ölkəyə ötürüb

ABŞ tarixdə ilk dəfə olaraq müsadirə etdiyi Rusiyanın aktivlərini başqa ölkəyə keçirib və bu vəsait Ukraynaya dəstək üçün istifadə olunacaq.

Reyting.az
xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, bu gün Münhen Təhlükəsizlik Konfransında ABŞ Baş prokurorunun müavini Liza Monako və Estoniya baş katibi Tonis Saar müsadirə edilmiş Rusiya aktivlərindən 500 min dolların köçürüldüyünü elan ediblər.

Bu vəsait, Ədliyyə Nazirliyində deyildiyi kimi, ABŞ tərəfindən Rusiya hərbi sənayesi üçün Amerika istehsalı olan yüksək dəqiqlikli dəzgahların qeyri-qanuni alış şəbəkəsi halında müsadirə edilib.

“Bu transfer Ukraynaya açıq şəkildə kömək məqsədi ilə ABŞ-dan xarici müttəfiqə edilən ilk transferdir”, - nazirlik bildirib.

Müsadirə olunan vəsaitlərin birbaşa Ukraynaya köçürülməsi mümkün olmadığından Estoniyaya köçürüldüyü qeyd edilir.

Estoniya bu vəsaiti Rusiyanın hücumları nəticəsində zədələnmiş Ukraynanın elektrik enerjisinin paylanması və ötürülməsi sisteminə dəyən ziyanın qiymətləndirilməsi və kritik təmir işlərinin sürətləndirilməsi layihəsi üçün istifadə edir.

Məlumat üçün qeyd edək ki, bundan əvvəl Estoniya Avropa İttifaqını Rusiya Mərkəzi Bankının aktivlərini ABŞ-da prezident seçkiləri başlamazdan əvvəl həbs etməyə çağırıb. Estoniya artıq daxili qanunvericilik üzərində işləyir ki, bu qanun qəbul olunarsa, Baltikyanı ölkədə dondurulmuş Rusiyanın bütün aktivlərini müsadirə etməyə imkan verəcək.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər