20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
OPEC+ ölkələri neft hasilatını azaldacaq - Nazir
Tarix: 05-12-2018 23:37 | Bölmə: İqtisadiyyat
OPEC+ ölkələri neft hasilatını azaldacaq

OPEC+ ölkələrinin nazirləri, eləcə də Rusiya nümayəndəsi Monitorinq Komitəsinin çərşənbə günü keçirilən iclasında neft hasilatını azaltmağın zəruriliyi barədə razılığa gəliblər.


TASS xəbər verir ki, bunu jurnalistlərə Omanın neft və qaz naziri Məhəmməd bin Hamad ər-Rumhi iclasdan sonra deyib.

"Rusiyanın öz şəxsi problemləri var, lakin bugünkü görüşdə hər kəs azaldılmanın zəruri olması fikri ilə razılaşdı. Konsensus odur ki, biz hasilatı azaltmalıyıq. Sabah necə [nə qədər] azaldacağımızı müzakirə etməliyik", - deyə nazir əlavə edib.

Nazirin sözlərinə görə, 2019-cu ildə hasilatın azaldılması sutkada təqribən 1 milyon barel təşkil edə bilər.

"Düşünürəm ki, bir milyon və ya ona yaxın. Lakin sabah biz bunu müzakirə edəcəyik", - deyə o, neft hasilatının hansı miqdarda azaldılmasından söhbət gedə biləcəyi barədə suala cavabında bildirib.

Bundan əvvəl Tramp OPEC-in neft tədarükünü azaltmayacağına ümid etdiyini söyləmişdi.(Report)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər