13:04 / 16-09-2024
Sabah yağış yağacaq
Qiymətlər artıb: “Qızıl viza” üçün 800 min avro tələb olunur
Tarix: 03-09-2024 11:56 | Bölmə: İqtisadiyyat
Qiymətlər artıb: “Qızıl viza” üçün 800 min avro tələb olunur

Sentyabrın 1-dən etibarən Avropa İttifaqından (Aİ) kənardan gələnlər Yunanıstanda daşınmaz əmlak almaq yolu ilə yaşayış icazəsinə daha çox pul ödəməli olacaqlar.

Reyting.az
-ın xəbərinə görə, indiyə qədər Yunanıstanın böyük adaları ilə yanaşı Afina və Salonikiyə qızıl viza əldə etmək üçün minimum 250 min avro investisiya tələb olunurdu ki, indi bunun aşağı həddi 800 min avroya qaldırılıb.

Digər şəhər və rayonlarda isə aşağı hədd 400 min avro müəyyən edilib.

Qeyd edək ki, “Golden Visa” yaşayış icazəsi olanlar 5 il müddətində məhdudiyyətlərə məruz qalmadan Avropa Birliyi bölgəsində sərbəst hərəkət edirlər. Bu müddət daha 5 il uzadıla bilər.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər