Afina əhali hesabına “yaşıl iqtisadiyyata” keçidi yanlış sayır
Tarix: 25-09-2024 07:52 | Bölmə: İqtisadiyyat
Afina əhali hesabına “yaşıl iqtisadiyyata” keçidi yanlış sayır

Yunanıstan əhali hesabına “yaşıl iqtisadiyyata” keçid ideyasını qəbuledilməz elan edib.

Reyting.az
xəbər verir ki, bu fikri Yunanıstanın baş naziri Kiriakos Mitsotakis “CNN” telekanalına müsahibəsində bildirib. Məlumatın mətnini Yunanıstan hökumətinin mətbuat xidməti yayıb.

Mitsotakis bildirib ki, Avropa İttifaqında yaşıl iqtisadiyyata keçid Avropa sənayesinin rəqabət qabiliyyəti və ya əhalinin həyat səviyyəsinin əhəmiyyətli dərəcədə azalması hesabına həyata keçirilə bilməz.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
6-12-2024, 08:23 ABŞ pulsuz qala bilər

bütün xəbərlər