Hava limanında tətil səbəbindən uçuşların 80 faizi ləğv edilib
Tarix: 27-02-2025 13:32 | Bölmə: İqtisadiyyat
Hava limanında tətil səbəbindən uçuşların 80 faizi ləğv edilib

Almaniyanın Münhen hava limanının səlahiyyətliləri həmkarlar ittifaqının bu gündən başlatdığı tətil səbəbindən aviaşirkətlərin planlaşdırdığı uçuşların təxminən 80 faizini ləğv ediblər.

Reyting.az
xəbər verir ki, bu barədə Almaniyanın ikinci ən böyük hava limanı öz internet saytında məlumat yerləşdirib.

Bildirilir ki, daha çox reysin ləğvi mümkündür və Münhen vasitəsilə səyahət etməyi planlaşdıran sərnişinlər hava yolu şirkəti ilə əlaqə saxlasınlar.

Qeyd edək ki, Almaniyada həmkarlar ittifaqları mütəmadi olaraq bu cür aksiyalar keçirirlər. Aksiyalarda əsas tələblər əmək haqlarının artırılması, vergi güzəştləri və ya iş günlərinin qısaldılması ilə bağlı olur.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
3-03-2025, 10:13 Siqaret bahalaşıb