Avropanın enerji təhlükəsizliyi Azərbaycanla müzakirə olunub
Tarix: 11-03-2025 10:47 | Bölmə: İqtisadiyyat
Avropanın enerji təhlükəsizliyi Azərbaycanla müzakirə olunub

Azərbaycan energetika naziri Pərviz Şahbazov ilə Macarıstan xarici işlər və ticarət naziri Peter Siyarto Avropada enerji təhlükəsizliyini müzakirə ediblər.

Reyting.az
-ın məlumatına görə, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında yazıb.

Tərəflər həmçinin Azərbaycandan Avropa ölkələrinə qaz tədarükü və Cənub Qaz Dəhlizi Məşvərət Şurasının aprel ayında keçiriləcək növbəti iclası ilə bağlı fikir mübadiləsi aparıblar.

Paylaşımda qeyd olunur ki, Budapeştdə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşdə ikitərəfli enerji əməkdaşlığının inkişafı, Yaşıl Enerji Dəhlizi layihəsinin icrası və Avropada enerji təhlükəsizliyi məsələləri müzakirə edilib. Həmçinin Azərbaycandan Avropa ölkələrinə qaz tədarükü və Cənub Qaz Dəhlizi Məşvərət Şurasının aprel ayında keçiriləcək növbəti iclası ilə bağlı fikir mübadiləsi aparılıb.





Bölməyə aid digər xəbərlər
3-03-2025, 10:13 Siqaret bahalaşıb