Ən varlı şəxslər: Ellison Zukerberqi geridə qoyub
Tarix: 17-07-2025 14:35 | Bölmə: İqtisadiyyat
Ən varlı şəxslər: Ellison Zukerberqi geridə qoyub

Dünyanın ən varlı insanları siyahısında ikinci yerdə yeni bir ad peyda olub. Bu şəxs artıq Mark Zukerberqi geridə qoyub.

Reyting.az
-ın məlumatına görə, Amerikanən "Oracle" şirkətinin 80 yaşlı həmtəsisçisi, iş adamı və milyarder Lerri Ellison məşhur Mark Zukerberqdən önə keçməklə, ilk dəfə dünyanın ən varlı adamları siyahısında ikinci yeri tutub.

"Bloomberg"-in milyarderlər indeksinin məlumatına görə, L. Ellisonun sərvəti 251,2 milyard dollardır.

Ellison "Meta" şirkətinin yaradıcısı Mark Zukerberqi arxada qoyub və artıq o, üçüncü pilləyə enib. Birinci yerdə isə indiyədək "Tesla" şirkətinin rəhbəri İlon Maskdır. Onun sərvəti 358 milyard dollardır.

Məlumata görə, L. Ellisonun sərvətinin bu cür sürətlə artmasının əsas səbəbi süni intellekt texnologiyaları ətrafında yaranmış böyük ajiotajdır. "Oracle" şirkətinin səhmləri bu yüksəlişdən əsas fayda görənlərdən olub və onların dəyəri demək olar ki, üç dəfə artıb. Üstəlik, son aylar ərzində "Oracle" şirkəti iri bulud texnologiyaları, eləcə də "OpenAI" şirkəti ilə müqavilələr bağlayıb.

"Oracle" şirkətində L. Ellisonun ümumi payı təxminən 35,4 faiz təşkil edir. Daha bir məlumata görə, o, 2018-ci ildə "Tesla" şirkətindən 3 milyon dollarlıq səhm payı alıb. Elə həmin il də Ellison "Tesla"-nın direktorlar şurasına daxil olub. Məhz elə bunun nəticəsində də 2020-ci ildə onun şirkətdəki payı 2 faizə çatıb.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər