Azərbaycan və BƏƏ arasında enerji sahəsində tərəfdaşlıq imkanları müzakirə olunub
Tarix: 04-09-2025 13:00 | Bölmə: İqtisadiyyat
Azərbaycan və BƏƏ arasında enerji sahəsində tərəfdaşlıq imkanları müzakirə olunub

Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında enerji sahəsində tərəfdaşlıq imkanları barədə müzakirələr aparılıb.

Reyting.az
xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında yazıb.

O bildirib ki, müzakirələr BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir ilə videokonfrans formatında keçirilmiş görüşdə baş tutub.

Onun sözlərinə görə, görüşdə ölkələr arasında uğurlu tərəfdaşlıq münasibətləri vurğulanıb: "Həyata keçirilən birgə layihələr, qarşılıqlı investisiyalar və əməkdaşlığın inkişaf perspektivləri haqqında müzakirələr apardıq".




Bölməyə aid digər xəbərlər