20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Çörəyə tətbiq olunan vergi güzəştinin müddəti uzadıldı
Tarix: 18-04-2019 17:36 | Bölmə: İqtisadiyyat
Çörəyə tətbiq olunan vergi güzəştinin müddəti uzadıldı

Azərbaycan Prezidenti İlham Əliyev Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu imzalayıb.

Reyting.az-ın məlumatına görə, bu, çörəyə tətbiq olunan vergi güzəştinin müddətinin uzadılması ilə bağlıdır.

Dəyişikliyə əsasən, Azərbaycanda buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı daha 1 il vergidən azad olunacaq. Beləliklə, vergidən azadetmə 2020-ci ili də əhatə edəcək. Bu güzəşt 2017-ci ildən tətbiq edilir.

Güzəştlər kəpəyin istehsalı və satışına da aiddir. Məcəllənin 164-cü (Vergi ödəməkdən azad edilmə) maddəsinə də "kəpəyin istehsalı və satışı - 2019-cu il martın 1-dən 2 il müddətinə" sözləri əlavə olunub.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər