ADSEA 30 ədəd xidməti maşın sifariş verib
Tarix: 18-11-2025 10:35 | Bölmə: İqtisadiyyat
ADSEA 30 ədəd xidməti maşın sifariş verib

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin tabeliyindəki “Sedam” Məhdud Məsuliyyətli Cəmiyyəti avtomobil parkını genişləndirir.

Reyting.az
xəbər verir ki, bu barədə İqtisadiyyat.az agentlikdən məlumat əldə edib.

Qeyd edilib ki, “Sedam” MMC 30 ədəd pikap tipli nəqliyyat vasitəsi sifariş edib və sifarişlə əlaqədar olaraq “Abşeron Lizinq” QSC ilə müqavilə bağlayıb. Müqaviləyə əsasən, 30 maşının satın alınmasına görə “Abşeron Lizinq” şirkətinə 1 milyon 247 min manat ödəniş ediləcək.




Bölməyə aid digər xəbərlər
6-11-2025, 09:36 Neftimiz cüzi ucuzlaşıb