08:15 / 20-11-2025
Kit Kelloq vəzifədən gedir
“AzerGold”un rəhbəri nazir olmaq istəyir
Tarix: 20-11-2025 12:23 | Bölmə: İqtisadiyyat
“AzerGold”un rəhbəri nazir olmaq istəyir

Bir ilə yaxındır ki, Azərbaycanın boş qalan ekologiya və təbii sərvətlər naziri vəzifəsinə yeni iddialı üzə çıxıb.

Gununsesi.info-nun özəl mənbələrdən əldə etdiyi xəbər görə, bu, “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti İdarə Heyətinin rəhbəri Zakir İbrahimovdur.

Amma onun nazir olmaq istəyi baş tutmur.

Artıq 3 aydan çoxdur ki, Zakir İbrahimovun dosyesi Prezidentə təqdim olunması üçün Admnistrasiyada olsa da, amma bu təyinatla bağlı tərəddüdlər yaranıb” deyə mənbəmiz bunu da əlavə edib: “Zakir İbrahimovun fəaliyyətinin araşdırılması zamanı bir sıra qeyri-şəffaflıq üzə çıxıb. Belə ki, “AzerGold”un tenderlərində onun yaxınlarının davamlı qalib olması Zakir İbrahimovun korrupsiyaya meyilli şəxs obrazını yaradıb”.

Mənbəmiz Zakir İbrahimovun təqdimatının iqtisadiyyat naziri Mikayıl Cabbarov tərəfindən irəli sürüldüyünü bildirib.




Bölməyə aid digər xəbərlər